Tətbiq olunma üzrə təlimat:

*İstifadə olunmazdan qabaq şampunu çalxalayın.

Addım 1: №1 təmizləyici şampunla saçları (əgər saçlar boyanmış və ya rəngi açılmışsa) iki dəfə yuyun və saçlar təbiidirsə, onda 3 dəfə yuyun.

Addım 2: Fenlə 80-100% saçları qurudun.
 
Addım 3: Saçları bir neçə telə ayırırn.
 
 
Addım 4: №2 flakonu çalxalayın.Təxminən 50 ml keratini qaba tökün.
 
 

Addım 5: Vasitəni saçlara çəkin (saçların kökündən 1-1.5 sm aralı) və əmin olun ki vasitə tamamilə saç boyunca çəkilib. Qeyd: istifadə zamanı əlcək geymək lazımdır.

 


Addım 6: Saçlarınıza polietilen papagi keçirin və 20 dəqiqə gözləyin. Cod saçlar üçün 15-20 dəq.artıq saxlayın, belə daha yaxşı olar.

 


Addım 7: Papağı çıxarın. Xırda dişli daraqla saçlarınızı darayın, artıq qalan vasitəni saçlardan bu cür təmizləmək olar.


Addım 8: Saçları fenlə 100% (keratin yuyulmamaqla) qurudun.

 

Addım 9: Saçları bir neçə telə ayırın. 210-220°S qədər temperaturda ütü ilə qurudun, boyun ardından başlayaraq hər bir teli 7-10 dəfə ütü ilə aparın, bunu saçlardan büxar çıxana qədər edin. Təbii saçlar üçün 230-240°S temperaturundan istifadə edin.
3 gün ərzində saçları yumayın.
 


Saçlara su düşməsindən çəkinin. Əgər saçlar nəm olarsa, dərhal ütü ilə qurudun.

Daranma: sancaqlardan, sıxmalardan istifadə etməyin, saçları quyruqsayağı yığmayın və saçları yığmaq üçün çənbərdən, gün eynəklərindən istifadə etməyin.

Üç gündən sonra birinci saç yuyumunda flakondan istifadə edin.

№3 Keratin şampun və flakon; №4 saç müdafiəsi üçün kondisioner.