Keratin Suallar və cavablar:

  1. .Saçlarin düzlənməsində tətbiq olunan keratin prosedurasi hansi nəticələri verir?

- Saçlar ipək kimi, yumşaq və itaətli olurlar. Bunun sayəsində saçların ukladkasına sərf olunan vaxt (1 saatdan 5-15 dəq.qədər) kifayət qədər azalir. Eləcə də inanaılmaz parlaqlıq və dolğun çalarlıq yaranır. Studiyamızın müştəriləri deyirlər ki, səhərlər ancaq saçlarını daramaqla əvvəlki günün ukladkasını əldə edirlər.

  1. Saçların düzlənməsi ilə ütülənməsi arasındakı fərq nədən ibarətdir?

- “Saçların düzlənməsi”termini leksikada kifayət qədər çoxdan mövcuddur və tez-tez saçlara təsir olunan kimyəvi prosesin təsviri kimi isrtifadə olunur.

“Saçların ütülənməsi”termini isə demək olar ki, təzəlikcə, yəni saçların kutikulasına nüfuz olunan, lakin onların təbii strukturunu dəyişməyən yeni vasitələrin icad olunmasından sonra leksikaya daxil olmuşdur.

Prinsipcə fərqləri saçlara təsir olunan üsullardan ibarətdir.

  1. Keratinlə saçların ütülənməsi hansı növ saçlara müvafiqdir?

- Əldə etdiyimiz nəticələrə əsasən demək olar ki, BKT üçün ən yaxşı namizədlər – saçları quru, kövrək, elektrikləşən yaxud da işlənilən vaxtı zədələnmiş saçlara malik olanlardır. Biz hər nov saçlar (nazik, qalın, buruq, hamar, frizli və s.) üçün və eləcə də calanmış və kimyəvi düzlənməyə meyilli olan saçlar üçün də proseduraları həyata keçiririk. Hal-hazırda əldə etdiyimiz böyük təcrübələrə istinad olaraq deyə bilərik ki, bu prosedura hər növ saç üçün xeyirlidir.

  1. Əgər saçlarım rənglənmiş və ya melirə olunmuşdursa ,belə halda keratinli düzlənmə elətdirə bilərəmmi?

- Bəli, kimyəvi düzlənmədən fərqli olaraq keratinli düzlənmə - həqiqətən rənglənmiş və melirə olunmuş saçları sağlam edir, kondisiyasiya edir, saçların müdafiəsi üçün kutikulanı bağlayır, frizi (frizz) kənarlaşdırır (statik elektrikləşmədən qoruyur) və saçlara inanılmaz parlaqlıq verir.

  1. Doğurdanmı bir proseduradan sonra saçlarım mükəmməl düz olacaq?

- Bu saçların əzəli durumundan asılıdır. Əgər saçlar buruqdursa, onda bu vasitə statik elektrikləşmənin (frizz) effektini azaldır və saçlara təbii dalğalıq verir. Buruq saçlar bir proseduradan sonra sağlam olur və təbii hamar görkəm alır. Əgər saçlarınız hamar və (frizz) statik elektrikləşəndirsə, onda bu vasitə həmin effekti yox edir və saçlarınıza inanılmaz parlaqlıq verir. Vaxtında korreksiya etməklə keratinli düzlənmədən ikiqat effekt əldə edə bilərsiniz. Tövsiyə edirik ki korreksiyanı 2-3 aydan sonra edəsiniz.

  1.  Keratinli saç düzlənmə prosedurasını kişilər üçün də tətbiq etmək olarmı?

- Bəli, olar. Mütləq şərt – saçların uzunluğu 10sm dən yuxarı olmalıdır.

  1. Keratinli saç düzlənmə prosedurasını uşaqlar üçün də tətbiq etmək olarmı?

- Bəli, olar. Mütləq şərt –13 yaşdan etibarən mümkündür.

  1. Nəticə nə qədər davamlıdır?

- Əzəli durumundan, materiallardan və olunan sonrakı qulluqdan asılı olaraq saçlar effekti 3-4 ay (bəzi hallarda 5 ay) saxlayır. Keratinli vasitə kumulyativ (toplanma təsiri) xüsusiyyətə malikdir. Nə qədər çox prosedura qəbul etmiş olsanız, bir o qədər saçlarınız sağlam olar və effekt də daha davamlı olar.

  1. Kimyəvi düzlənmədən sonra dərhal saçların keratinli bərpaetmə prosedurasını qəbul etmək olarmı?

- Bəli. Həqiqətən keratinli vasitə kimyəvi işlənmiş saçlara daha da yaxşı təsir bağışlayır, həmçinin hər bir telin möhkəmlənməsi üçün zəruri olan aminturşuları vasitəsi ilə saçların durumunu yaxşılaşdırır. Müştəri kimyəvi düzlənmədən imtina etdiyi vəziyyətdə braziliya keratini öz təsirini çox gözəl göstərmışdı. Prosedura düzlənmiş və artmış saçlar arasındakı səddi hamarlayır və saçlara sağlamlıq, təbii görünüş verir.

  1. Proseduradan sonra saçlarımın həcmi itəcəkmi?

- Xeyr. Proseduradan sonra saçlarınızın həcmi itmir. Başınızı birinci dəfə yuduqdan sonra saçlarınızın həcmi özünə qayıdır. Saçlarınız təbii həcmdə qalır və asanlıqla əvvəlki ukladkanı saxlayır.

  1. Keratinli düzlənmə prosedurasından sonra saçlarım ilkin vəziyyətinə qayidacaq?

- Bəli, 3-4 aydan sonra saçlarınız ilkin vəziyyəti alacaq. Kimyəvi düzlənmədən fərqli olaraq keratinli düzlənmə saçların strukturunu dəyişmir və 3-4 ay müddətinə tərkibi tədricən yuyulub gedir.

  1. Braziliya saç düzlənməsindən qabaq və sonra saç boyamalarında nə etmək lazımdır??

- Əgər saçlarinizi boyamaq istəyirsinizsə, onda tövsiyə edirik ki bunu bilavasitə proseduradan qabaq edəsiniz. Keratinli düzlənmə prosedurasından sonra boyanmış saçların rəngi daha da pardaq olacaq və zəngin inanilmaz parlaqliq əldə edəcəkdir. Eləcə də saç pulcuqlarının bağlanması hesabına rəng daha çox qalacaqdır. Saçların boyanmasından ən azı 2-3 həftədən sonra bu proseduranı qəbul etmək məsləhət görülür. Eləcə də proseduradan 2 həftədən tez olmamaqla saçları rəngləmək məsləhət görülmür. Ona görə də saç boyamasını saxlamalısınız, cünki hamarlama işindən sonra rəng, qoruyucu proteyin divarlarında heç də effektlə qalmır.

  1. Saçları nə vaxt, keratinli düzlənmə prosedurasından qabaq və ya sonra kəsdirmək daha yaxşı olardı?

- Saçları proseduradan sonra kəsdirmək məsləhət görülür, çünki bu vəziyyətdə zədələnmiş uclarla canlı tellər arasındakı sərhəd daha aydın görsənir. Haçalanan uçları sonradan kəsmək də olar.

  1. Saçların keratinli düzlənmə prosedurasından sonra dəniz və yaxud hovuzda çimmək olarmı?

- Bəli, dəniz və yaxud hovuzda çimə bilərsiniz, əgər mütəmadi olaraq üzməkılə məşğul olursunuzsa,onda onun təsiri zəifləyir.

  1. Proseduradan sonra adi şampundan istifadə etmək olarmi?

- Bəli, olar.Lakin nəticənin xeyli qalması üçün sulfatsız peşəkar şampunlarından istifadə etmək məsləhət görülür.

  1. Saçlarım olduqca zədəli, solğun, quru və kövrəkdir. Prosedura vaxtı ütünün hərarəti saçlarıma ziyan vura bilər?

- Işlədiyimiz vasitənin tərkibində termoqoruyucu olduğuna görə ütünün yüksək temperaturu prosedura vaxtı saçlarınızı zədələmir. Bunu bilməyiniz vacibdir: saçların düzlənməsi zamanı ütünü saçlarda yubatmaq olmaz.

  1. Calaq olunmuş saçlara keratinli düzlənmə prosedurasını tətbiq etmək olarmı?

- Bəli, braziliya keratinli düzlənmə calaq olunan saçlara daha yaxşı münasibdir. Vasitəni saçların birləşən nahiyəsinə tətbiq edərkən usta olduqca ehtiyatlı olmalıdır, çünki vasitə kondisioner təsirinə malikdir və təbii saçlarla calaq olunan saçlar arasında sürüşkənlik yaradır.

USTA SEÇİMİNDƏ SAYİQ OLUN! PROSEDURANIN DÜRÜST TƏTBİQ OLUNMAMASI CALAQ SAÇLARIN KƏSKİN ŞƏKİLDƏ DARANILMAMASI TƏHLÜKƏSİNİ YARADIR.

  1. Hamiləlik yaxud süd vermə zamanı saçların braziliya keratinli düzlənməsini etmək olarmı?

- Bir halda ki bu barədə heç bir klinik tədqiqatlar aparılmayıb, məsləhət görərdik ki keratinli düzləndirmə prosedurasını hamilə və süd verən qadınlar götürməsin.

  1. Birinci proseduradan sonra daha tez nə vaxt keratinli düzləndirmə prosedurasını təkrarən qəbul edə bilərəm?

- Saçların braziliya keratinli düzlənməsi – saçların sağlam olması üçün aparılan proseduradır, vasitənin çoxluğu saçlara ziyan etmir, lakin yadda saxlamaq lazımdır ki saçların kutikulunun həcmi məhduddur və onları müəyyən həddə qədər doldurmaq lazımdır. Əgər müştəri proseduranı təkrarlamaq istəyirsə və əvvəlki prosedura hər hansı səbəbdən olunmayıbsa, onda onu 10 gündən sonra elətdirmək lazımdır. Bu, iki prosedura arasında ən minimal müddətdir.

  1. Sacların braziliya keratinli düzlənməsi Yaponiya (kimyəvi) düzlənmədən nə ilə fərqlənir?

- Yapon saç düzlənmsi saçların strukturunu faktiki olaraq kimyəvi üsulla dəyişir, bu da saçları qeyri-təbii hamar edir və ukladkaya əl vermir. Saçlarin tamlığı pozulur və bir neçə yapon saç düzlənməsinin qəbulu kifayət edər ki saçlar qeyri-sağlam görsənsin. Ondan sonra buruq saçlar gərəkdi ki daima düzləşdirilsin yaxud əvvəl-axır qırxılmalı olsun. Saçların braziliya keratinli düzlənməsi isə əksinə saçlara təbii hamarlıq verir və onlara sağlamlıq bəxş edir.

  1. Nəyə görə keratinli düzlənməni “braziliya”adlandırırlar?

- Ona görə ki braziliya qızlarının saçları ən “çətin” hesab olunur və əgər bu preparat onların öhdəsindən gələ bilirsə, demək, bu həm də hər bir teksturalı saçları nəcibləşdirmək iqtidarına malik olan bir vasitədir.

  1. Braziliya keratinli düzlənmədən sonra saçlarımı buruq ukladka edə bilərəm?

- Əlbəttə, saçlar hər bir ukladkaya münasib gəlir.

  1. Keratinli düzlənmə ilə laminə olunma arasında fərq nədir?

- Tam fərqli proseduralardır, yeganə oxşarlıq ondan ibarətdir ki hər ikisi saçların bərpaolunmasına istiqamətləndirilir.
Saçlara laminə olunma xidməti bahalı da olsa yalnız saçlara olunan qulluqdur. “Saçlara qulluq etmə”anlayişında biz müntəzəm proseduraların vacibliyini və saçları laminə elətdirmək üçün gözəllik salonlarına gedişin dayandırılmasını nəzərdə tuturuq.

Saçların keratinləşməsi bir prosedurada ukladkanın 75% yüngüləşməsinə zəmanət verir, bununla belə nəticə 4 aya qədər çəkir.

Buna görə də saçların keratinli düzlənməsi gözəllik salonlarında ən tələb olunan və bahalı xidmət sayılır.